Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GENƏLMƏK
f. 1. Gen hala düşmək, eninə böyümək, enliləşmək, genləşmək. Jaket çox geyildiyindən genəlib. Ayaqqabı genəldi. Gen şəkil almaq, gen olmaq, daha da enliləşmək. Aşağıdan dar, yuxarı getdikcə genələn və hər iki tərəfdən qulpu olan qazan partizanların həmişə karına gəlmişdi. S.Vəliyev.
məc. Genişlənmək, böyümək. Hər gün genəldi daireyi-hörmətin sənin; El uğradıqca fəqrə, şişib sərvətin sənin. M.Ə.Sabir. [Mirzə Mehrəli] otağı dolandıqca xəyal meydanı genəldi. Çəmənzəminli. Birləşib artdıqca qabarlı əllər; Daha da genəlir sözün meydanı. H.Arif.
Dərman və s. təsirilə enlənmək, genişlənmək. Qan damarları genəldi. Dərmandan göz bəbəkləri genəlmişdir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....