Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GEDİŞ
is. 1. Getmə işi; getmə. Gəlişin istər aşiq; Heç istəməz gedişin. Sarı Aşıq. [Uluq bəy:] Gedişi köksümə çəkir odlu dağ; Görüşü qəlbimdə yandırır çırağ. A.Şaiq. Kazım fəqət xəbərsizdi bu işdən; Xəbərsizdi bu uğurlu gedişdən. M.Müşfiq. // Getmə (yerimə) tərzi. Bu gedişlə axşama ancaq çata bilər.
məc. Bir işin, hadisənin inkişafı, cərəyanı. Hadisələrin gedişi. Xəstəliyin gedişi. Mübarizənin gedişi. - Lakin həyatın gedişi Fərmanın düşündüyü kimi olmadı. Ə.Sadıq. Kimsədə yoxdur günah, dünyanın gedişi bu; Mənim də ilk eşqimin fırtınalı qışı bu.. A.Ildırım.
idm. Kart, şahmat, dama və s. oyunlarda oyunçunun növbəti çıxışı. Növbəti gediş. Bir neçə gedişdən sonra oyun təxirə salındı. Ikinci gedişdə oyunu uduzdu.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....