Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GECƏLİK
is. 1. Adətən saylarla işlənərək bir şeyin neçə gecəyə kifayət edəcəyini, neçə gecəyə çatacağını, neçə gecədə görüləcəyini bildirir. İki gecəlik odun. Bir gecəlik işim qalıb. - Bir gecəlik mətləbin bir sənə mabədi var. (Ata. sözü). Bir gecəlik otağında; Olmuşam mehman sənə mən. Aşıq Musa. Gecə geyilən köynək və s. Sofiya o qədər ağladı ki, gecəliyinin döşü tamam islandı. Çəmənzəminli.
□□ On dörd gecəlik ay - 1) bədirlənmiş, bütöv ay; bədir. On dörd gecəlik ayın gümüş nuru bir-birinə qısılıb yatan üsyançıların üstünü yorğan kimi örtmüşdü. P.Makulu; 2) şair. gözəl qız (bəzən “kimi” qoşması ilə birlikdə işlənir). Gəlin on dörd gecəlik ay kimidir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....