Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GEC
zərf Müəyyənləşdirilmiş, qərarlaşdırılmış vaxtdan sonra. Gec getmək. Gec xəbər tutmaq. Gec hərəkət etmək. Qatar üç saat gec gəldi. O oxumağa gec başlamışdır. - [Gülçöhrə Əsgərə:] Bir qədər gec gəlsəydin, özümü öldürmüşdüm. U.Hacıbəyov.
□□ Gec gəldi, tez öyrəndi; gec gəlib, tez öyrənən - bacarıqlı, zirək, tez uyğunlaşan adam haqqında (adətən mənfi mənada işlənir). [Məhbubə:] Burada deyiblər ki, gec gəldi, tez öyrəndi. H.Seyidbəyli.
gec-gec zərf Hərdənbir, bəzən (tez-tez ziddi). [Səməd] evə gec-gec gələrdi. Çəmənzəminli. Mehriban çox gec-gec gülümsünür, gülümsünəndə də üzündəki tənasüb pozulur.. H.Seyidbəyli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....