Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
FİTVA
is. [ər.] 1. din. Bir işi icra etmək üçün din başçısı və ya hökmdar tərəfindən verilən icazə, hökm. □ Fitva almaq - bir işi icra etmək üçün din başçısının, ya hökmdarın icazəsini almaq. [Padşah:] Üləmanı cəm elə və onlardan fitva al. Ə.Haqverdiyev. Fitva vermək - bir işi icra etmək üçün şərən icazə (hökm) vermək. Bir gün fitva verdi axund minbərdən; Lənətlə çəkilsin Sabirin adı. B.Vahabzadə.
məc. Ümumiyyətlə, icazə, razılıq. Müqim bəy öz fitvasını danıb Mirzə Polad müəllimin qanını Ələmdarın .. boynuna yıxa bilər. S.Rəhimov. □ Fitva vermək - icazə vermək, yol vermək. [Kəndli:] ..Yoldaş Veys, nahaq yerə bu işə fitva verirsiniz. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....