Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
FİTNƏ
is. [ər.] 1. Qarışıqlıq, ara pozma, ara qarışdırma; adamları, camaatı və s. birbirilə vuruşdurmaq, aralarını pozmaq üçün gizlicə hazırlanan qəsd, xəyanət, fitnəfəsad; provokasiya. Sən ömründə fitnə toru qurmamısan; Min insanla bölüşmüsən qismətini. S.Vurğun. [Salatın:] Əgər onun fitnəsi olmasaydı, bibim nə müridlərin meyxanasına gedərdi, nə də başına bu iş gələrdi. İ.Şıxlı. □ Fitnə salmaq (törətmək) - araya nifaq salmaq, ara qarışdırmaq, fəsad törətmək. Paşa bəy Nəbinin yoldaşları arasına fitnə salır. “Qaçaq Nəbi”. // Fitnəçi. Fitnə adamdır.
2. məc. Qurğu, tələ, hiylə. [Vəzir:] Kəs səsini, ay ləçər, məni dilə basdırma, dəxi mən səni tanıdım, bu qədər fitnə və feil tamam sənin işin imiş. M.F.Axundzadə. Səba xanım bütün macəra və fitnəni öz şəxsində mərkəzləşdirdiyinə baxmayaraq, onun zahiri gözəlliyi təbiətin möcüzələrindən idi. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....