Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

FİT

is. 1. Bir-birinə kiplənmiş dodaqların və ya dişlərin arasından güclü nəfəsvermə, yaxud fıştırıq və s. vasitəsilə çıxarılan kəskin zil səs. Gecə yarıdan addamışdı. Vədə olunmuş fit səsi Gülsümün qulağına gəldi. Ə.Haqverdiyev. Həyətdə Cəfiər əminin fiti və tənbəl-tənbəl atılan addımlarının səsi eşidilirdi. H.Nəzərli. □ Fit çalmaq - bu üsulla ağızdan səs çıxarmaq. Katib yenə heç bir şey eşitmirmiş kimi durub fit çaldı. M.İbrahimov. // Bu cür səs çıxarmaq üçün alət; fıştırıq. // Mexaniki fıştırıqla çıxarılan sürəkli zil səs; siqnal. Gəminin fiti. Parovozun fiti. Fit vermək. - Mədən fitləri səhər saat altını vurur. M.İbrahimov. [Göyçək] ..sayıq yatmalı idi ki, qatarın fit səsini eşidəndə durub perrona çıxsın. Ə.Əbülhəsən.
Bəzi quş və heyvanların çıxardığı eyni tembrli və tonlu səs; fışqırıq.
Vıyıltı, uğultu.
□□ Fitə basmaq - fit çalmaqla öz nifrətini, narazılığını, hiddətini bildirmək; fitləmək. Tahir bir istədi qışqırsın, tülküsifət natiqi fitə bassın, ona öz yerini göstərsin, amma məclisdə oturanların töhmətindən çəkinib dinmədi. M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....