Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
FİRQƏ
is. [ər.] köhn. 1. Bax partiya 1ci mənada. Qəza firqə özəyinin qapısında dayanan keşikçilər Kəsəmənlini görən kimi gülümsünüb ona yol verdilər. İ.Şıxlı. Nədir bu partiya? Mən anlamıram; Firqə, dar çərçivə, firqə bir qəfəs! B.Vahabzadə.
2. Camaat, tayfa. Qalıbdır firqeyi-islam dalda cümlə millətdən; Əhatə eyləyiblər başqalar elm ilə dünyanı. S.Ə.Şirvani. // Zümrə, ictimai təbəqə. Gələcəkdəki məqaləmizdə Qasım bəy Zakirin rəiyyət tayfasına cövr və sitəm edən şair firqələrin barəsində yazdığı şeirlərdən danışıb əsil mətləbə keçəcəyik. F.Köçərli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....