Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
FİLAN
sif [ər.] Bir adamın, bir şeyin yaxud bir yerin adını çəkmək istəmədikdə onun əvəzinə işlədilən söz. Filan adam. Filan kənd. Filan ev. - Bihudədir ol qamu fəsanə; Kim, aşiqdir filan filanə. Füzuli. Birdən eşidərdilər ki, Əbdülkərim filan kənddə filan adamın evində gizlənibdir. Ə.Haqverdiyev.
□□ Filan filan olmuş (şüdə) dan. - söyüş məqamında işlədilən evfemistik ifadə. Ədə, filan filan şüdə, sən cürət elədin, mənim arvadımın adını soruşdun? C.Məmmədquluzadə. Deməzlərmi, ay filan filan olmuşun qızı, bir tikə uşağın şəhərlərdə, hacıların qapısında nə iti azmışdı ? Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....