Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
FİL
is. [fars.] 1. zool. Tropik meşələrdə yaşayan uzun və qüvvətli xortumlu, tüksüz, otyeyən məməli iri heyvan. Filin bir fikri var, filbanın min. (Ata. sözü).
2. Diaqonal üzrə istənilən xanaya hərəkət edən şahmat fiquru. Zəki Gülşənin necə oynayacağını əvvəldən bilirmiş kimi fili irəli itələdi. M.Süleymanov.
□□ Fil azarı - bədənin ayrı-ayrı üzvlərinin (çox vaxt ayaqların) həcminin həddən artıq böyüməsindən ibarət xəstəlik. Fil qulağında yatmaq - heç bir şeylə maraqlanmamaq, heç bir şeydən xəbəri olmamaq. [Fizzə xanım Vahidova:] Fil qulağında yatmışıq, ay Əli... Ə.Məmmədxanlı. [Kolxozçu yoldaşına:] Elə bil sən də fil qulağında yatmısan, ay zalım oğlu, heç şeydən xəbərin yoxdur. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....