Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
FİQÜR
[lat. figura - görünüş] 1. Bir iş görərkən (rəqs edərkən, təyyarədə uçarkən və s.) birinin və ya bir şeyin aldığı vəziyyət. Rəqsin ayrı-ayrı fiqurları. - Təyyarəçi çox vaxt yüksək pilotaj fiqurları göstərməli olur ki, bu zaman insanın bədəni xeyli gərgin vəziyyət alır. “Təyyarəçi”.
Musiqi əsərini mürəkkəbləşdirən, gözəlləşdirən ritmik-melodik element.
Rəssamlıqda, heykəltəraşlıqda insan və ya heyvan təsviri. “İdmançı qız” fiquru. Hovuzdakı fiqurların müxtəlif əzalarından fişqıran fəvvarələr Bağdad gündüzünə məxsus hərarətin müqavimətini qıraraq, həyəti bahar nəsimi ilə bərabər gələn şəbnəmlərlə doldururdu. M.S.Ordubadi. // teatr. Surət, tip, xarakter.
Düzgün, qəşəng bədən quruluşu; qəddqamət, boy-buxun. Qızın gözəl fiquru var. // Ümumiyyətlə, bədən. Bezdən bir adam fiquru tikib içinə həşəm doldurardılar. H.Sarabski. Ən böyük oyun kartının (tuz, qoca, qız, oğlan) adı.
Şahmat oyununda: piyadadan fərqli olaraq şah, vəzir, top, fil, at. İki fiqur və üç piyada. Bir fiquru iki piyadaya dəyişmək.
riyaz. Müstəvinin qapalı xətlə məhdudlaşmış hissəsi; habelə müəyyən qaydada düzülmüş nöqtələrin, xətlərin, səth və cisimlərin hamısı bir yerdə. Burada çoxlu həndəsi fiqurlar, riyazi sxemlər və formullar vardır.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....