Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
FIRTINALI
sif. 1. Fırtınası olan, boranlı, qasırğalı, coşqun. Fırtınalı hava. Fırtınalı okean. - Fırtınalı göylərimi yaxmaq istər ildırımlar; Nə zaman ki qərib ruhum yad ellərdən cana doyar. Ə.Cavad. Divarlarda firtınalı dəniz batan gəmi, tufan vaxtı dənizdə yanğın və bu kimi mənzərələr rəsm edilmişdi. M.Süleymanov.
2. məc. Keşməkeşli, qovğalı, boranlı, gurultulu hadisələrlə dolu. Fırtınalı zəmanə. 1904-cü ilin firtınalı günləri idi. A.Şaiq. // məc. Coşqun. Soltan .. firtınalı bir gənclik həyatı keçirmişdir. İ.Əfəndiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....