Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
FIRLANMAQ
f 1. Öz oxu ətrafında dairəvi hərəkət etmək, dolanmaq, hərlənmək, dövr etmək. [Qüdrət:] Baxıram, təkərlər firlanır, motorlar işləyir, hər şey hərəkət edir. C.Cabbarlı. Dəyirman pərləri elə firlanır ki, görmək olmur. Mir Cəlal.
Bir şeyin ətrafına dolanmaq, hərlənmək, o yan-bu yanına keçmək. Evin ətrafına firlanmaq. - ..Qənbərli dönüb motorun dövrəsinə fırlandı. S.Rəhimov.
Rəqs zamanı dönmək, dolanmaq, hərlənmək. Qaraca qız elə bir tərzdə firlandı ki, baxanların nəzərində bir şar kimi göründü. S.S.Axundov. Vals oynayan oğlan və qızlar bir-iki-üç, bir-iki-üç sayı ilə firlanırlar. Ə.Bədəlbəyli. Konkret bir məqsədi olmadan gəzmək; gəzişmək, gəzinmək. Parkda fırlanmaq. [Qurban:] Heç, elə bazara çıxdım, bir az firlandım, qayıtdım. Ə.Haqverdiyev. Anası [Tahirin] çox o yan-bu yana firlandığını hiss edib, xəmirdən əllərini çıxarmayaraq arxaya sarı boylandı.. M.Hüseyn. Kiçik bir yerdə ora-bura hərəkət etmək; gedib-gəlmək, gəzinmək, gəzişmək. Gənc bir doktor daima [Yaqutun] başı yanında firlanırdı. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....