Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
FƏTH
is. [ər.] 1. Bir şəhər və ya ölkəni silah gücü ilə zəbt etmə, alma. // Qələbə, zəfər, qalibiyyət. [Mustafa xan:] Ümidini Allaha bağla, inşallah, fəth biz ilə olar. Ə.Haqverdiyev. □ Fəth etmək - 1) zorla, silah gücü ilə almaq, tutmaq, zəbt etmək, işğal etmək. Düşmən qalasını fəth etmək. [Faşist başçıları] hərbi qüvvələrini bütün Avropanı fəth etməyə hazırlayırdı(lar). M.İbrahimov; 2) məc. özünə tabe etmək, yiyələnmək, öz xeyrinə işlətmək. Təbiəti fəth etmək. - Bir oxun səngəri dağ olsa əgər; Uçar, yer üzünü bütün fəth edər. Şəhriyar. Göyləri fəth edən bir ana tərlan; Kim deyir balaykən yıxılmamışdır. M.Araz; 3) məc. tutmaq, qaplamaq, basmaq. Yanğın ətrafı fəth etdi; 4) məc. məftun etmək, valeh etmək, əsir etmək. Könüllər yolçusu o munis gözəl; Min ürək fəth edir hər keçən anda. S.Vurğun. // məc. İradəsini əlindən almaq, özünə ram etmək. Murtuzun xoş danışığı Gülnazı tədricən fəth etməyə başlayırdı. Q.İlkin. Dünyanı fəth etsə ana hörməti; Yaradar dünyada əsil cənnəti. Şəhriyar.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....