Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
FƏSİL
is. [ər.] 1. İlin bölündüyü dörd mövsümdən hər biri; mövsüm. Qış fəsli. Hər fəsildə üç ay var; Üç ulduz var, üç ay var. (Bayatı). Hər ilin dörd fəsli var və hər fəslin də öz təğazası var. C.Məmmədquluzadə. // İlin çoxlu meyvə yetişən, bitkilərin çoxlu çiçək açan dövrü. Meyvə fəsli. - Fəsligüldür, aləm içrə novbahar olmuş, könül! Ə.Nəzmi. Çiçəkfəsli deyil indi! Barıt vardır havalarda. S.Vurğun.
2. Kitabın, məqalənin, sənədin və s.-nin nömrə və ya ayrıca sərlövhə ilə işarələnən hissəsi. Əsərin ikinci fəsli. Birinci fəsli ixtisar etmək. - Bəzən nöqsan da olur; Sevimli bir romanın; Gözəl fəsillərində. İ.Səfərli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....