Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
FƏRƏH
[ər.] 1. is. Sevinc, şadlıq, könül açıqlığı. Analıq fərəhi. Fərəhdən ağlamaq. Insanın təbiətində iki ümdə xasiyyət qoyulubdur: biri qəm, biri fərəh; ağlamaq əlaməti-qəmdir, gülmək əlaməti fərəhdir. M.F.Axundzadə. Etibaryeridikcə; Fərəhindən az qala; Uçacaqdı bu saat. İ.Səfərli. Fərəhlə şəklində zərf - sevinərək, şadlanaraq, fərəhlənərək; sevincək, şad, sevinə-sevinə. Fərəhlə demək. Fərəhlə oğluna baxmaq. - Analar fərəhlə baxırlar sənə; Körpə balaların gülür gözləri. N.Rəfibəyli. O qəlbən keçmişdir burdan yüz kərə; Baxmış iftixarla, baxmış fərəhlə. N.Xəzri.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....