Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
FƏRD
is. [ər.] 1. Ayrıca adam, şəxsiyyət. Qəm yemə, xəstə Vidadi, görüb ədanı kəsir; Haqqa ixlas ilə meydanə girən fərd olmaz. M.V.Vidadi.
Müstəqil halda mövcud olan orqanizm; varlıq. Saf (təmiz) halda çoxaltma üsulunda cütləşdirilən fərdlər (inək, yaxud camış və törədici dölçülər) eyni cinsdən olurlar.
klas. Yalqız, tək. Derdim ki, bəla yolunda fərdəm; Eşq içrə sənə şəriki-dərdəm. Füzuli. Ey tifli-sadə, gəzmə soqaqlarda böylə fərd; Alicənab əmulərini bilmə çox da mərd. M.Ə.Sabir. □ Fərd qalmaq klas. - yalqız olmaq, tək qalmaq. Qəm mərhələsində qalmışam fərd; Nə yar, nə həmnişin, nə həmdərd. Füzuli. Dağıldı yarü ənsarım başımdan, fərd qaldım mən. S.Ə.Şirvani. // klas. Tayıbərabəri olmayan; tək. Əgər pəhləvanlıqda sən fərdsən; Həqiqət söylə gər cəvanmərdsən? M.Ə.Sabir. Klassik Şərq (o cümlədən Azərbaycan) ədəbiyyatında bir beytdən ibarət şeir forması. [Mirzə Bəylər:] Aşiqəm mən sənin ixtilatına; Nəzminə, fərdinə, xoş əbyatına. Aşıq Ələsgər. Qatar yola düşdü və mən də məbhut gözdən itənədək dalınca baxdım və
bu böhtün içində Sədi mərhumun bir fərdi yadıma düşdü. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla