Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
FƏRASƏT
is. [ər.] Dərhal anlama, başa düşmə, dərk etmə, qavrama bacarığı, zehin itiliyi; ayıqlıq. ..Bu qədər uşaq içində hər kəs Qəhrəmanın zehnindən, fərasətindən, dərsindən danışırdı. S.Rəhimov. Qızlar fərasətinə bələd olduqları Şamamaya dərhal hay verdilər. Ə.Əbülhəsən. // Ağıl, dərrakə. Övladə çatar həman cəhalət; Nə əql olur onda, nə fərasət. M.Ə.Sabir. Hünərlə fərasət bir olan yerdə; Açılır taybatay bağlı qapılar. O.Sarıvəlli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....