Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
FƏNN
is. [ər.] 1. Elm, bilik sahəsi, tədris obyekti. Riyaziyyat fənni. Zoologiya fənni kabineti. - [Teymur müəllim] yalnız sinifdə deyil, kənarda da öz sevimli fənni coğrafiyadan saatlarla danışmağı sevərdi. Ə.Sadıq.
b a x fənd 1 -ci mənada. Yaman gündə tamam durub kənara; İstər bir fənn ilə özün qurtara. Q.Zakir. Hər fənn ediriksə, işimiz tutmayır əsla; Ax!.. Ax!.. O keçən günlərimiz noldu, xudaya. M.Ə.Sabir.
Elm, texnika, bilik. Bəlkə bir vaxt elm və fənn bərəkətindən bu işlər düzələ. Məmmədquluzadə. Elmi, fənni, sənəti; Hər yana kitab yayır. M.Seyidzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....