Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
FƏNƏR
is. [yun.] 1. Ətrafı və ya bir qismi şüşə, yaxud başqa şəffaf materialla örtülü işıq cihazı; fanus. Küçə fiənəri. Fənərə neft tökmək. Fənəri yandırmaq. - Məhərrəm əlindəki fiənəri yerə qoyub təkrar etdi.. H.Nəzərli. Quru ot üstündə Hüseyn uzanır; Fənərin içində para şam yanır. M.Rahim. // Elektrik lampası. Geniş meydanlarda yansın fənərlər; Gecələr kəndimiz çilçıraq olsun. O.Sarıvəlli. // bax fara. Minik maşınının fənəri. - Hər iki maşının güclü fənərləri geniş bir sahəni işıqlandırırdı. Ə.Sadıq.
2. dan. zar. Zərbədən, zədələnməkdən üzdə əmələ gələn qançır, göy. Gözünün altında fənər var.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....