Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
FƏND
is. [fars.] 1. Hiylə, kələk, fırıldaq, dolab, qurğu, biclik. Fənd fəndi kəsər, Allah hər ikisini. (Ata. sözü). Dostdan dosta bu nə fənddi? Zülfiün boynuma kəmənddi. Aşıq Ələsgər. Əllafın fəndinə adamlar mat qaldılar. Mir Cəlal. □ Fənd bağlamaq hiylə gəlmək, kələk gəlmək, aldatmaq. [Yusif:] İnandırıram sizi ki hərgah bir də fənd bağlaya, çox işlər görər. N.Nərimanov. Fənd işlətmək - 1) fırıldaq qurmaq, hiylə işlətmək, kələk gəlmək, fənd qurmaq;
məc. bir işi görmək üçün müxtəlif üsullardan istifadə etmək. Fəhlələrin daha düzgün fənd işlətdiklərini görən yanğın alayı da onlara qoşuldu. M.Hüseyn. [Qönçə Ataşa:] Nə eləyəcəksən, nə cür fənd işlədəcəksən özün bil, ancaq məni buradan qurtar. Ə.Vəliyev. Fənd qurmaq - birisinə qarşı gizlindən tələ qurmaq, hiylə düzəltmək, biclik işlətmək. [Hacı Qəmbər:] Qoçum Cəbi, görüm nə təhərfənd quracaqsan. N.Vəzirov. Fənd tərpənmək - hiyləyə qarşı hiylə işlətmək, zirək tərpənmək, usta hərəkət etmək. [Sirat:] Amma Abdulla oğlu Bülənd fənd tərpəndi. Ə.Əbülhəsən. Fəndə salmaq
hiylə işlədərək aldatmaq, tora salmaq.
2. İdman yarışlarında rəqibi aldatmaq üçün tətbiq edilən üsullar; kombinasiya. Futbolçunun işlətdiyi fəndlər. Rəqibin fəndini başa düşmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....