Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
FƏHM
is. [ər.] Anlama, anlaq, dərrakə. Olmasın fəhmin, əqlin, idrakın; Var nə qəm ta ki vardır əmlakın. M.Ə.Sabir. □ Fəhm etmək - anlamaq, başa düşmək, dərk etmək. Ariflər, fəhm eləyin; Süzüb gedən yarə baxın! Aşıq Ələsgər. Rəğbət və narazılıqla yoğrulmuş bu dumanlı soyuqluğun incəliyini hamıdan çox Əlikram fəhm eləmiş olardı. Bayramov. Fəhm qılmaq klas. - bax fəhm etmək. Sözlər dersən ki, bilməzəm mən; Məzmununu fəhm qılmazam mən. Füzuli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....