Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
FƏDA
is. [ər.] Ən əziz bir adam və ya yüksək amal, iş yolunda özünü qurban etmə; qurban. Pəri sənə qurban, dirili Qurban; Yolunda fədadı bu baş ilə can. “Qurbani”. Fəda etmək - canını qurban etmək. [Mirzə Rza:] Qardaşlar, bütün İran məzlumlarını və onların arasında öz balalarımı xilas etmək üçün mən də həyatımı fəda edirəm. C.Cabbarlı. Fəda olmaq - özünü fəda etmək, canını qoymaq, qurban etmək, həlak olmaq. Qıldın bu vəfalığı mənimlən; Can ola fəda sənə tənimlən. Xətayi. Fəda olum
qurban olum (nəvaziş, mehribanlıq, yalvarış bildirir). [Oğul:] Ata, sənə fəda olum, mənə görə qulluq. (Nağıl). Fəda olum sənə, gəl eylə imtahan, ölürəm. Natəvan. Fəda qılmaq klas. - bax fəda etmək. Qurban bu mehribanlığa, ey Kəbeyi-ümmid; Bundan sonra çevir başına, qılfəda məni. S.Ə.Şirvani.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....