Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

FEYZYAB

[ər. feyz və fars. ...yab]: feyzyab etmək - feyzləndirmək, feyz vermək. Həmişə şəhərə qayıdanda Cənnətəli şeirləri ilə məni də feyzyab edər. Çəmənzəminli. [Məşədi Qəzənfər:] .. Dərvişlər hamısı hamama yığılıb gözəl-gözəl söhbətlərlə hamam əhlini feyzyab edərlərmiş. Ü.Hacıbəyov. Feyzyab olmaq - feyzlənmək, feyz almaq, fayda götürmək (bəzən kinayə ilə deyilir). ..Iranlı qardaşlarımız Məhəmməd Əli Tehrani cənablarının moizəsini eşitməkdən feyzyab oldular. C.Məmmədquluzadə. Onuncu günü şəbihi şəhərin ətrafında, böyük bir kəndin yaxınlığında çıxarmağa başladıq ki, kənd əhalisi də feyzyab olsun. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....