Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
FAŞ
sif. [ər.] Meydana çıxan, zahir olan, üstü acılan, ifşa olunan, büruzə çıxan. Faş etmək - gizli işi, sirri başqalarına demək, bildirmək, yaymaq, açmaq, üzə çıxarmaq, üstünü açmaq. Gizli xəbəri faş etmək. - [“Molla Nəsrəddin”] Yer üzündə Allah vəkillərinin çirkin əməllərini faş edirdi. M.Ibrahimov. Saldın ayaqlara məhəbbətimi; Faş etdin aləmə hər söhbətimi. S.Rüstəm. [Zeyd Nofələ və İbn Salama:] Qayıdın geri. Qeysin sirri var. Qoymaram onun sirrini faş edəsiniz. Ə.Məmmədxanlı. Faş olmaq - üzə çıxmaq, üstü açılmaq, hamıya məlum olmaq, aşkar olmaq, yayılmaq. Dildən-dilə düşdü bu fəsanə; Faş oldu bu macəra cəhanə. Füzuli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....