Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
FAL1
is. [ər.] 1. Falçıların noxuda, suya, güzgüyə, kitaba və s.-yə baxmaqla gələcəkdən və ya keçmişdən xəbər verməsi. Fala inanma, falsız da qalma. (Məsəl). Fal göstərirdi ki, dan ulduzunun karvanqıran ilə ötüşüb qovuşmağı gözlənir. Mir Cəlal. Fal açmaq, fala baxmaq - noxuda, suya, güzgüyə, kitaba və s.-yə baxmaqla gələcəkdən və ya keçmişdən xəbər vermək. Şeyx Şabanın arvadı Gülsüm xala da məhəllədə məşhur idi, çünki yaxşı ruh tutardı, çöp ötürərdi, noxud falı açardı və həcəmət qoyardı. Ə.Haqverdiyev. [Gülər:] Qoy bir fala baxım, görək bizim getməyimiz uğurlu olacaq, ya yox? S.Rəhman. Qulaq falı - təsadüfən eşitdiyi söhbətdən nəticə çıxarmaqla fala baxma. Axşam Hacı evdə ikən Kəblə Xeyransa xanım əlinə bir ayna götürüb küçə qapısına qulaq falına gedir. H.Sarabski.
2. məc. klas. Bəxt, tale. Açıram məshəfi yüz dəfə, əlif-lam gəlir; Qamətü zülfdə, ey dil, nə gözəl falın var. S.Ə.Şirvani. Koroğlu bu işi yaxşı fal hesab eləyib çox sevindi. “Koroğlu”.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....