Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
FAKT
[lat. factum - edilmiş, baş vermiş] Həqiqətən olmuş hadisə, əhvalat, qəziyyə. Bu deyilənlər uydurma deyil, faktdır. Hər kəs bildiyi faktı deyir, üçlükdə müzakirə edib o birinə keçirdilər. B.Bayramov. // Nümunə, misal. Faktı geriyə qalmışlardan deyil, qabaqcıllardan götürmək lazımdır. Ə.Vəliyev. // Bir nəticəyə gəlmək, bir işə yekun vurmaq və ya bir ehtimalın, fərziyyənin düzgünlüyünü müəyyən etmək üçün əsas olan şey; dəlil. [Prokuror:] Qanun fakt tələb edir. C.Cabbarlı.
2. Gerçəklik, reallıq, həqiqət, olub-bitmiş şey. Sübut olunmuş fakt. Inkaredilməz fakt.
Beləliklə, Naşad əfəndi öz məqsəd və məramına nail olmuş, Zeynal bir fakt olaraq Mehribanı boşamışdı. S.Hüseyn. [Məşədibəy rəisə:] Mənim dövlətdən narazılığımı hansı əsasa görə sübut olunmuş bir fakt hesab edirsiniz. M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....