Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
FACİƏ
is. [ər.] 1. Dəhşətli, ağır nəticəli hadisə, fəlakət, müsibət, bədbəxtlik. Başına faciə gəlmək. Alkoqolizm faciə ilə nəticələnir. - Mirzağanın faciəsi ictimai bir faciə idi. S.Hüseyn. [Şəndə:] İnamı itirmək fəlakətdir və bir çox faciə də ondan doğur. B.Bayramov.
2. ədəb. Həyatdakı barışmaz ziddiyyətlərdən, xarakterlərin, ehtirasların kəskin toqquşmasından və çox vaxt qəhrəmanın ölümü ilə nəticələnən əhvalatlardan bəhs edən dramatik əsər; tragediya. N.Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsi. Hüseyn Cavid faciənin kamil nümunələrini yaratmışdır. “Nadir şah “ faciəsində N.Nərimanov feodalizm quruluşunda saray intriqalarının ən dəhşətli səhnələrini təsvir edir. M.Arif.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....