Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ƏZRAİL

is. [ər.] 1. Dini etiqadlara görə, bütün insanların ölmək vaxtı çatanda onların canını alan mələk, ölüm mələyi. Əzrail
gələndə soruşmaz ki, oğul-uşağın necədir? (Ata. sözü). [Dərviş:] ..Əzrail hərdənbir qanadı ilə məni çaldığını anlayıram..
A.Divanbəyoğlu.
2. məc. Amansız, qəddar, əzazil, qorxunc adam haqqında. [Qurban:] Amma [Hafızəni] çox əzrail arvad söyləyirlər. Ə.Haqverdiyev. [Ağaxan:] Bəydadaş, unutma ki, biz belə [arvad kimi] əzraillərlə bir yerdə yaşayırıq. S.Rəhimov. [Meşədə] bizim xanım və onun oğlu kimi əzraillər yoxdur.. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....