Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏZİZLƏMƏK
f 1. Çox istəmək, nazını çəkmək, nazı ilə oynamaq, bütün istəklərini yerinə yetirmək, ərköyün böyütmək. Mehriban isə [Şərifəyə] tam mənası ilə analıq etmiş, onu sevib əzizləmiş və böyütmüşdü. S.Hüseyn. Onda nə üçün anan səni belə əzizləyir? Ə.Məmmədxanlı. Ata-anası da, dayısı da Müşkünazın nazı ilə oynayar, onu əzizlər, üstündə zağ-zağ əsərdilər. Ə.Vəliyev. Hörmət etmək, böyük qayğı göstərmək. Həddən artıq sevmək, müqəddəs bir şey kimi qoruyub saxlamaq. Dostun məktubunu əzizləmək. Kitabı əzizləmək. - Qoydu əzizləyib isti qoynuna; Eşqin ərməğanı ad verdi buna. M.Rahim. Yaxın gəlmirdi ona paltarlar, qaş-daşlar da; Əzizlədiyi şeylər qoymuşdu onu darda. N.Rəfibəyli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....