Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏZİYYƏT
is. [ər.] 1. Məşəqqət, əzab, cəfa. Yolun əziyyəti. Əziyyətə rast gəlmək. Bəli, Yer üzünün bu mənzərəsi; Arabir məni də salır qüvvətdən; Həyat qurtarmadı bu əziyyətdən. S.Vurğun. // Ağrı, ağrı-acı. Yaranın əziyyəti. □ Əziyyət çəkdirmək - əziyyətə məruz etmək, əziyyət, əzab çəkməsinə səbəb olmaq, əziyyət vermək, məşəqqət çəkdirmək. Çəkdirir çox bizə əziyyətlər; Həm verir xeyli-xeyli zəhmətlər. A.Səhhət. Əziyyət çəkmək - əzab çəkmək, məşəqqət çəkmək, ağrı-acı çəkmək. Xəstəlikdən çox əziyyət çəkmişdir. Yazıq baş ağrısından çox əziyyət çəkir. - Deyir: - Qoy isinsin, o, can üstədir; Əziyyət çəkməsin bir neçə günlük. M.Rahim. Əziyyət olmaq - əziyyətə, məşəqqətə, zəhmətə, çətinliyə, qayğıya səbəb olmaq. Qorxuram, sizə əziyyət ola. - [Mozalan bəy:] Oyundan camaata çox əziyyət olur. Ə.Haqverdiyev. Əziyyət vermək (etmək, eləmək) - incitmək, çox narahat etmək. Diş ağrısı çox əziyyət verir. Yara əziyyət edir. - Çox əziyyət verib çovğun, yağmur, bad; Xatirə gəlməyib nə düşmən, nə yad. Aşıq Ələsgər. Verməmişəm mən ki xəsarət sənə; Sən də dəxi vermə əziyyət mənə. A.Səhhət. Əziyyətə salmaq - narahat etmək, zəhmət vermək, əziyyətə düşməsinə səbəb olmaq. Əziyyətə saldığım üçün üzr istəyirəm. - [Böyükxanım:] Bu elm sizi narahat etməz, bir az da atanız kimi əziyyətə salar. M.S.Ordubadi. Əziyyəti dəymək (toxunmaq) - zərəri olmaq, zərər vermək, ziyanı olmaq. Adamlara əziyyəti dəymək. Çovğunun camaata çox əziyyəti dəydi. Əziyyəti olmaq - əziyyət vermək, incitmək. Doğrudan deyirmişlər ki, Nikolayın bizə çox əziyyətləri olub. C.Məmmədquluzadə.
Ağır zəhmət, ağır iş, zəhmətli və çətin iş. Çünki bilir rahət əziyyətdədir; 0ad yaşamaq səydə, qeyrətdədir. M.Ə.Sabir. [Mirzə Cavad:] Ay balam, nahaq yerə bu əziyyət nə lazımdır, niyə özünü incidirsən? Ə.Haqverdiyev. Binəvanın üzündə və gözlərində əziyyət nişanələri oynaşıb, çox zəlalətlərə düçar olduğuna işarə verirdi.
Divanbəyoğlu. □ Əziyyət çəkmək - zəhmət çəkmək, çox işləmək, zəhmətli işlə məşğul olmaq. Bağ salmaq üçün əziyyət çəkmək lazımdır.
əziyyətlə zərfi 1) böyük çətinliklə, məşəqqətlə, əzabla, əziyyət çəkə-çəkə. Əziyyətlə yerimək. - Mələk nənə əvvəl diz üstə
çöküb, sonra ağaca dayanıb, əziyyətlə qalxıb yola düşdü. Ə.Haqverdiyev; 2) əziyyət verilərək, işgəncə ilə. Kəndin ortasında müxtəlif işgəncə və əziyyətlə öldürülmüş meyitlərə baxanda adamın tükləri ürpərirdi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....