Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏZİCİ
sif. 1. Çox ağır, çox güclü, məhvedici, sarsıdıcı. Əzici zərbə.
2. Ruhu incidən, ağır təsir bağışlayan. Fəxrəddin bu qədər əzici fikirlərin təsirində qıvrıldığı zaman oxuyan qız da Dilşada yazılmış qəzəlləri oxumağa başladı. M.S.Ordubadi. [Qurban] içində əzici və acı bir sızıltı duydu. A.Şaiq. Firidun sərtibin üzündə hər şeydən yorulmuş, hər şeyə nifrət edən, dərdli bir narazılığın əzici ifadəsini gördü. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....