Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ƏYİLMƏK

f 1. Əyri hala düşmək. Dəmir əyildi. Məftil əyilib.
Təzyiq, ağırlıq altında aşağıya doğru meyil etmək; sallanmaq. Ağacın budaqları əyilib. - Ev köhnə evə oxşayır. Çünki tirlərin çoxusu əyilibdir. C.Məmmədquluzadə.
Belini əymək, aşağı qatlanmaq. Əyilib daşı yerdən qaldırdı. - Südabə əyilib [anasının] alnından öpərək çəkilib getdi. M.İbrahimov. Əyilib yeri nə qədər diqqətlə yoxladımsa da, heç bir iz görmədim. M.Rzaquluzadə.
məc. Sitayiş etmək, səcdə etmək, baş əymək. [Şeyx Sənan:] Gəlməz əldən əyilməmək.. Əlbət; Səndə var çünki başqa ülviyyət. H.Cavid. Ey gənc! Səadəti bir xəyal bilmə; Nə olursa olsun, ancaq əyilmə! S.Vurğun. [Leyla:] De ki, üz döndərib məhəbbətimdən; Ucuz şöhrətlərə əyilmərəm mən! B.Vahabzadə.
məc. İncimək, küsmək. Nə deməkdir dost dostundan əyilmək? M.P.Vaqif. Etina etmək, meyil göstərmək, fikir vermək. Gözlərini bir kərə silməzdi el; Qəzetəyə, jurnala əyilməzdi el.. M.Ə.Sabir.
Batmağa doğru meyil etmək (Günəş haqqında). Dağ başını qar alar; Gün əyilər, saralar; Igid ölər, ad qoyar; Müxənnətdən nə qalar? (Bayatı). O gün axşamüstü günəş üfüqə doğru əyilmiş, kölgələr uzanmağa başlamışdı. S.Hüseyn. Gün əyiləndən sonra sahənin üzərində dəstə-dəstə dolaşa uçuşurdu. İ.Hüseynov. Şahmar evlərinə çatanda gün lap əyilmişdi. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....