Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏYAN1
sif. [ər.] Gözlə görünən, açıq, aydın, aşkar (adətən xəbər şəkilçisi ilə işlənir). Onun düzgünlüyü hamıya əyandır. Gedən, getmə, dayan, dur; Sirrim sənə əyandır. (Bayatı). Sənə əyandır, ey dilbər, sevdiyim! Qurbanidir, bir şey dilər, sevdiyim! Qurbani. □ Əyan etmək (eləmək) - aydın etmək, bildirmək. Yox bir açıq dilim, sənə mən eyləyim əyan; Ta sən qanınca, qalmayacaq millətimdə can. Ə.Qəmküsar. Qurban bu xəbəri gəlib xanımına əyan elədi. İ.Musabəyov. Əyan olmaq - bəlli olmaq, aşkar olmaq, aydın olmaq. Cənnətin yavıqlaşmağı ustaya əyan oldu. Çəmənzəminli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....