Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏVVƏLCƏ
zərf 1. Qabaqca, ilk öncə, daha əvvəl. Əvvəlcə sədr iclası açdı, sonra məruzəçiyə söz verdi. - [Eldar] əvvəlcə nədənsə yenə bu söhbəti sabaha qoymaq istədi. M.Rzaquluzadə. // Daha əvvəl, birinci iş olaraq. Köhnə ağacı əvvəlcə dibindən kəsdilər, sonra sürütləyə-sürütləyə apardılar.
Başlanğıcda, ibtidada. Əvvəlcə iş adama ağır görünər.
Başlamadan qabaq, qabaqca. Əvvəlcə fikirləş, sonra danış. Əvvəlcə yaxşı qulaq as, sonra etiraz et. - [Süleyman:] Hələ indi, əvvəlcə bir Əsgəri evləndirək, görünür ki, bu, çox tələsiyir. Ü.Hacıbəyov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla