İzahlı lüğət

ƏVƏZ

is. [ər.] 1. Qarşılıq, bir şeyin (adamın) yerini tuta bilən şey (adam). Bu şeyin əvəzi yoxdur. Onun əvəzini tapmaq çətindir. Əvəz etmək (eləmək) - 1) yerini tuta bilmək. Belə bir zamanda Müqim bəy hansı bir hünərlə zabitəli xanımı əvəz edə bilərdi? S.Rəhimov; 2) ardınca gəlmək, yerini tutmaq. Çiskinli və qaranlıq gecəni aydın bir səhər əvəz etdi. M.İbrahimov. Bəzən ən soyuq günü ən isti gün əvəz edir. Mir Cəlal;
dəyişdirmək. Növbətçini əvəz etmək; // müvəqqəti olaraq yerini tutmaq, vəzifəsini icra etmək. Müdiri kim əvəz edir? Uzun müddət o, rəisi əvəz etdi. // Tay, bərabər. Gözəllikdə sənin əvəzin hanı? (Nağıl). Əvəz olmaq - bərabər olmaq, uyğun olmaq. Mən müqəddəs ata-ana sözünə; Tapmadım bir əvəz olan kəlmə. A.Səhhət. Əkbərin nə yalvarması, .. nə vədi Əli paşanın bir qəpiyinə əvəz ola bilmədi. Mir Cəlal.
Qarşılıq, mükafat, muzd, haqq. Zəhmətinin əvəzini aldı. - Gülün gülabını axır günü çəkər əttar; Qalır sənə əvəz ahü zar, ey bülbül! S.Ə.Şirvani.
Qisas, intiqam, öc. □ Əvəz(ini) almaq
intiqam(ını) almaq, qisas(ını) almaq. Əvəz(ini) çıxmaq - bax əvəz(ini) almaq. Mən öz quşlarımın əvəzini çıxmaqla mükafatımı aldım, - dedim. M.Rzaquluzadə.
Yerlik halda: əvəzində - 1) bir şeyin və ya şəxsin yerinə, yerində. Əvəzində buların çayçı, çaxırçı dükanı; Gecə-gündüz doludur cümlə müsəlman, mənə nə! M.Ə.Sabir; 2) qarşılıq olaraq, mükafat olaraq, müqabilində. Qulluğumuzun və ixlasımızın əvəzində [şah] mənsəbimizi də əlimizdən aldı. M.F.Axundzadə.
Çıxışlıq halda: əvəzindən - əvəz olaraq, yerinə, əvəzində. [Qurban Molla Fərzəliyə:] Yaz ki, Anaxanımın, Məmişin gözlərindən mənim əvəzimdən öpsün və onlardan göz-qulaq olsun. A.Şaiq.
Yönlük halda: əvəzinə - bax əvəzində. [Koroğlu] elə qəzəblə ata sıçradı ki, Qıratın əvəzinə ayrı bir at olsaydı, çoxdan beli sınmışdı. “Koroğlu”. O yerdə ki bir lüğət kitabında gərəkyazılaydı “millət”, orada “millət” əvəzinəyazılıb “şəxs”. C.Məmmədquluzadə. [Kişi] ..”indi” əvəzinə “şimdi”, “cənab” əvəzinə “əfəndi”, “necə” əvəzinə “nasıl” qəbul etmişdi. B.Talıblı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed