Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ƏTRAF

is. [ər. “tərəf” söz. cəmi] 1. Cəhətlər, tərəflər.
Dörd tərəf, yan-yörə; hər tərəf. Ətrafına göz gəzdirmək. Ətrafda heç kəsi görmədik. - [Səltənət:] Ətrafı gözdən keçirdikcə insanın könlü açılır. H.Cavid. Ətraf kölgəli bir səhər qədər işıqlı idi. H.Nəzərli. Eldar ətrafa yaxşı bələd olduğundan yaxında iri, sərin kölgəli bir söyüd ağacını göstərərək: - Gedək, bir az dincələk, - dedi. M.Rzaquluzadə. □ Ətrafını almaq (tutmaq, sarımaq, əhatə etmək) - əhatə etmək, dövrələmək, mühasirə etmək; çulğalamaq.
Yanlar. Təkərin ətrafı dəmirlə qurşanmışdır. Yolun ətrafi.
Yaxında olan yerlər. Ətrafa qar düşmüşdür. Ətrafda taxıllar göyərib. Bu ətrafda (bu yerlərdə). - O ətrafda bir yolkəsmə, bir oğurluq olmazdı ki, Əmiraslanın orada əli olmamış olaydı. S.S.Axundov. Ətrafı kəsifbir duman bürüdü. H.Nəzərli. Qərənfil xala balkonda durub bir müddət kəndə, onun ətrafındakı dağlara, meşələrə baxdı. Ə.Vəliyev.
Sif. mənasında. Yaxın, bir şeyin yaxınında olan. Ətraf kəndlər. Ətraf evlər. Ətrafi yerlər. - Orada ətrafi şəhərlərdən az-maz yeni xəbərlər eşitmək mümkün olurdu. H.Nəzərli. Ətrafında şəklində - .. .xüsusunda, ...dair. Məsələ ətrafında xeyli mübahisə getdi. Mövzu ətrafında müzakirələr oldu.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....