İzahlı lüğət

ƏTLİ

sif 1. Ətcə dolğun; kök, ətli-canlı. [Kərim baba] yaşlı olduğu halda, daima açıq, geniş çöllərdə yaşamış bu adamın üzü ətli, yanaqları qıpqırmızı, vücudu sapsağlam idi. A.Şaiq. Çırağın tutqun işığında [Qaragünənin] iri, ətli üzündəki çopurlar daha dərin görünürdü. M.Rzaquluzadə. // Yaxşı, bol əti olan. Ətli qoyun.
Üstünü, yanlarını ət basmış. Ayrım qızı kiçik, qumral və yanları ətli gözləri ilə gülümsəyərək dedi: - Qoy istədiyi qədər şikayət eləsin. A.Şaiq. // Qalın. Carçıyev ətli, qırmızı dodaqlarını yayıb qımışdı. İ.Hüseynov. Ətdən hazırlanmış, içərisində ət olan. Ətli xörək. Ətli dovğa.
məc. dan. Varlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed