Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏTİRLİ
sif. 1. Özündən ətir saçan; rayihəli. Ətirli çiçəklər. Ətirli otlar. - Bu bağçalarda ev sahibləri ətirli güllər və çiçəklər əkmişdilər. S.S.Axundov. Sizi bir elçimi göndərmiş bahar; Yoxsa məftunsunuz ətirli gülə? N.Rəfibəyli. Gənc qızlar yüyürüşüb oğlanın başına ətirli dağ çiçəklərindən .. hörülmüş çələnglər qoydular. M.Rzaquluzadə. // Xoşiyli, gözəl iyi olan. Ətirli alma.
Doğrudan da, tütün çox ətirli .. idi. M.Rzaquluzadə. Ətir vurulmuş, ətirlənmiş. Ətirli yaylıq. Ətirli saç.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla