Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏŞRƏFİ
is. [ər.] köhn. Keçmişdə: beş manatlıq qızıl pul. Əşrəfi keçmişdə zinət olaraq işlənirdi. - Zərxaradan arxalıq; Əşrəfidən yaxalıq; Bir busə ver o xaldan; Dadına çatsın xalıq. (Bayatı). [Koroğlu Qırata:] Əzəldən bilsəydim sənin halını; Əşrəfidən kəsdirərdim nalını. “Koroğlu”. [Xanımın] ətəyində bir sıra əşrəfi, boynunda qızıllı şəvəsi vardı. Çəmənzəminli. // Ümumiyyətlə, qızıl pul. Pəri Soltan gülüb, Əhmədnən xudafiz eləyəndən sonra, zindandan çıxdı. Bir çəngə əşrəfi də zindanbanın ətəyinə töküb, qəmli-qəmli gəldi mənzilinə. (Nağıl).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....