Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏŞİ
nida. “A kişi” sözünün canlı dildə işlənən ixtisar şəkli olub, yerinə görə etinasızlıq, narazılıq, yaxud təkid və s. hissləri ifadə edir. Əşi, tez ol da! Əşi, mən nə bilim. Əşi, o da yoldaşdır! Əşi, qoy getsin! [Sultan bəy:] Əşi, xan ilə aş yemirəm ki, bığımyağa batar... Ü.Hacıbəyov. [Hüseyn:]
Mən nə bilim, əşi, onun qolu necə olub?.. S.Rəhman. [Qulu:] Əşi, o açarları bir bəri gətir. İ.Əfəndiyev. [Camal:] Əşi, ay Nəbi dayı, indidən niyə toyuq təkin hinə girmisiniz? Günün qulağı təzə batıb ki. Ə.Abasov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....