Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏSMƏK
f. 1. Titrəmək. Soyuqdan yarpaq kimi əsirdi. Dodağı əsmək. Əli əsmək. Başı əsmək. - Xədicə əli əsə-əsə (z.) torbanın ağzını açdı. S.S.Axundov. ...Dərvişin əlləri yarpaq kimi əsirdi. A.Divanbəyoğlu. Hər vətən deyəndə yaşarıb gözün; Dodağın titrəyib dilin əsibdir. R.Rza. Hərəkət etmək, dalğalanmaq. Bərk külək əsir. - Səhər zamanıydı əsərkən yellər; Düşərkən jalələr oyatdı səni. H.Cavid. Hava qaranlıqlaşırdı. Gündüzdən əsməyə başlamış külək yatmışdı. T.Ş.Simurq. Əsdikcə gilavar, oynardı bulvar. M.Müşfiq.
məc. Əsəbiləşmək, özündən çıxmaq, hirslənmək. Nə əsirsən? - ..Qoca kişi acıqdan əsdi. Bir söz deməyə nə qədər qəsd etdisə, nitqi bağlandı. A.Divanbəyoğlu. Həddindən artıq qayğısını çəkmək, gözündən iraq qoymamaq, həddindən artıq əzizləmək, istəmək. Ana balanın üstündə əsir. Oğlu üçün əsir. - [Kitabxanaçı:] Kitabların üstündə qırx ildir əsmirəmmi? Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....