Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ƏSLƏN

zərf [ər.] 1. Nəsli, əsli etibarilə, əsilcə, soyca. O, əslən azərbaycanlıdır. Bəsrədə böyümüşdür, lakin əslən gürcüstanlıdır. - Əslən əmsarlı olan bu adamın hər sözündə .. gələcəkdə nələr görüləcəyinə yaxşı vaqif olan bir adamın təmkini və sakitliyi vardı. Ə.Sadıq.
2. B ax əsla. [Məşədi Həsən:] Bilsə idim, əslən özümü dolaşdırmaz idim. Ə.Haqverdiyev. Maya zəhərləndi, qaşqabaq və kədər əslən ona yaraşmadığından üzünün dumanı artdı. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....