Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏSKİKLİK
is. 1. Çatışmazlıq, azlıq, natamamlıq, naqislik. □ Əskikliyə düşmək ehtiyaca düşmək, yoxsullaşmaq.
Eyib, nöqsan, qüsur; çatışmayan cəhət. Onun heç bir cəhətdən əskikliyi yoxdur. [Əkbər] özündə bir əskiklik duyurdu. Mir Cəlal. □ Əskiklik gətirmək - alçaltmaq, eyib olmaq, hörmətdən salmaq. Belə hərəkətlər insana əskiklik gətirər. // Alçaqlıq, rəzalət, həqarət. ..Birisi alçaqdan ucaya qalxa, kasıbçılıqdan dövlətə çata, əskiklikdən
hörmətə minə, heç vaxt atadan, babadan danışmağı dost tutmaz. C.Məmmədquluzadə.
Yoxluq, olmama. Onun əskikliyi indi hiss edilməkdədir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....