Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏSGƏR
is. [ər.] 1. Sıravi hərbi qulluqçu; soldat. Milli ordunun əsgəri. Bir bölük əsgər. Əsgər və matroslar. - Komandan əsgərlərdən geri qalmamaq üçün yoluna davam edir. M.Hüseyn. Hələ əmr alıb işə başlamazdan əvvəl əsgər soyuqdan bir-birinə sıxılır. Ə.Əbülhəsən. □ Əsgər aparmaq hərbi qulluğa çağırmaq. Onu əsgər apardılar. - Vətən müharibəsinin lap əvvəlinci günlərində Dilbərin atası Qulaməlini əsgər apardılar. Ə.Sadıq. Əsgər düşmək köhn. b a x əsgər getmək. Əsgər getmək - hərbi qulluğa götürülmək. Onun yaşı çatdı, əsgər getdi. - El məscidə yığılmışdı. Əsgər getmə məsələsinə baxırdılar. Mir Cəlal. Əsgər yığmaq - əsgərlik vaxtı çatanları və əsgərliyə lazım olanları hərbi qulluğa toplamaq, səfərbərliyə almaq. Əsgərə götürülmək bax əsgər getmək.
Silahlı adamlar dəstəsi; qoşun. [Koroğlu:] Çay kimi coşmuşam, daha sönmərəm; Əsgər nədi, qoşun nədi, qanmaram. “Koroğlu”. Hərbi adam, hərbi xidmətdə olan adam, ümumiyyətlə, hərbi xidmətçi. O, əsgər adamdır. Bir əsgər kimi hərəkət etmək. Bütün əsgərlərə müraciət. □ Əsgər paltarı hərbi geyim. [Səfərəli:] Hamı o biri otağa əsgər paltarı geyməyə marş! H.Nəzərli. Geyib əsgərpaltarını, silahlandı qəhrəman; Onun polad sinəsinə sığışmadı ürəyi.. S.Vurğun.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....