Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏSƏR
is. [ər.] 1. İz, nişanə, əlamət, bir şeyin varlığına dəlalət edən hal. Əsər qalmamaq. Yorğunluqdan əsər yox idi. Üzündə həya əsəri yoxdur. - Cırıldayan arabanın çərxləri; Qazmış yolu, yerdə qalmış əsəri. A.Səhhət. Könlündə qalmadı insaf əsəri; Dürdanənin qəlbi sal buza döndü. M.Rahim. İnsan əməyi, insan yaradıcılığı, icadi məhsulu. İncəsənət əsərləri. Heykəltəraşlıq əsərləri. Memarlıq əsərləri. İxtiraçıların əsərləri. Musiqi əsərləri. // Yazılı əmək məhsulu; ədəbi, elmi kitab, məqalə və s. Bədii əsər. Füzulinin əsərləri. Kimyaya dair əsər. Əsərlər külliyyatı. Elmi əsərlərin nəşri. - Buna görə də sizin mənə tövsiyə etdiyiniz “Məmunun xülasələri” adlı əsəri açıb məşğul oldum. M.S.Ordubadi.
Təsir. Bu hadisənin ona heç bir əsəri olmadı. - Bunlar hamısı qohumluğun əsərləridir! C.Məmmədquluzadə. □ Əsər eləmək (etmək) - təsir etmək. Nə üçün söz sənə əsər eləmir. - Ol səngdilə naleyi-zarım əsər etmiş. Füzuli. Sənin də başında məhəbbət beyni; Əgər olsa, eylər əsər, ağlarsan. M.V.Vidadi. Sözün ona etməz əsər; Aralıqda başın gedər. A.Şaiq.
Bax asar.
Yadigar mənasında. Yaxşı övlad ataana üçün ən əziz bir əsərdir.
□□ Əsəri gəlmək dan. - isitmə dayanandan sonra, yüngülcə və az zaman titrəmək. Əsəri gəlmiş, indi ötəcək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....