Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏSƏBİLƏŞMƏK
f. Əsəbləri qıcıqlanmaq, əsəbilik halına gəlmək, əsəblərə təsir edən bir şey nəticəsində həyəcanlanmaq, darıxmaq, ya hirslənmək; sinirlənmək. Adam hər şeydən ötrü əsəbiləşməz. Əsəbiləşmək cana zərərdir. - Şəngül bəzi vaxt, ələlxüsus Tağı əmi gecikdikdə əsəbiləşərək ovu iznsiz qaldırardı. S.S.Axundov. Zeynal üçüncü kərə ona faytona oturmağı təklif etdikdə Mehriban əsəbiləşdi. S.Hüseyn. Eldar bu hərəkətimdən, mənim əsəbiləşdiyimi başa düşdü. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla