Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏSƏBİ
sif [ər.] 1. Sinirləri son dərəcə həssas olduğu üçün cüzi bir şeydən çox tez əsəbiləşən, təsirlənən, hirslənən. Əsəbi adam. Əsəbi qadın. Qırmızı işıqda uzun müddət işləyən adamlar get-gedə əsəbi olurlar.
Mollayev qaraqabaq, zəhmli və əsəbi bir adamdı. M.Hüseyn. // Əsəb xəstəliyi olan. Əsəbi xəstə.
Daxili həyəcan və iztirab ifadə edən, əsəbilik ifadə edən. Əsəbi yeriş. Əsəbi hərəkətlər. Əsəbi gülüş. Əsəbi göz yaşları. Ayaz .. əsəbi bir hərəkətlə papirosunu yerə çırpdı. Ə.Məmmədxanlı. Gecənin sükutunda kağız üzərində əsəbi hərəkətlə gəzən qələmin xəfif səsi eşidilirdi. Mir Cəlal.
Əsəbiləşdirici, əsəbiləşməyə, həyəcanlanmağa səbəb olan; narahatlıq və iztirabla dolu. Əsəbi iş. Əsəbi dövr. - Keçmiş .. o ölüm hissi verən kinli zamanlar; Xırçın, əsəbi, sisli xəzanlarla süründü. A.Şaiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....