Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏSASLI
sif 1. Əsası, bünövrəsi, təməli, özülü olan; köklü, möhkəm. Kifayət dərəcədə əsası olan, ciddi, tutarlı, inandırıcı, lazımınca əsaslandırılmış. Əsaslı səbəb. Əsaslı sübut. Əsaslı təklif.
Belə mühüm bir məsələni Telli kimi avam bir qadına qandırmaq üçün əsaslı dəlillər və sübutlar lazım gələcəkdir. S.Hüseyn.
Doğru, gerçək, həqiqi; əsli, əsası olan. Əsaslı hadisələr. Əsaslı şayiələr.
Dərin, ciddi, çox mühüm, prinsipial. Əsaslı fikir ayrılıqları. Aralarında əsaslı ixtilaf vardır. Əsaslı məsələ. □ Əsaslı surətdə - kökündən, ciddi surətdə, prinsipial. Fikirlər əsaslı surətdə ayrılır. - ..Göndərilən təfiş komissiyası aylarla oturar, .. bu dairə ittifaqın işini əsaslı surətdə yoxlardı. S.Rəhimov.
Hərtərəfli, incədən-incəyə. Baxış bəygildə ildə iki dəfə ev tökülür, əsaslı yıryığış olur. Ə.Abasov.
□□ Əsaslı kapital qoyuluşu iqt. - əsaslı (ən mühüm) inşaat üçün buraxılan vəsait (pul). Əsaslı təmir - binanın (qurğunun, maşının) əsas hissələrinin tam təmiri. Kabinet çox səliqəli, təmiz, əsaslı təmirdən çıxmış bir otaqdı. Ə.Vəliyev. Əsaslı tikinti xalq təsərrüfatının əsas fondlarının genişlənməsini təmin edən sənaye müəssisələri və mənzil inşaatı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla