Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏRZ2
is. [ər.] 1. klas. Təqdim etmə, önünə qoyma, göstərmə; izhar. □ Ərz etmək (qılmaq) - təqdim etmək. Daşə çəkmiş xəlq üçün Fərhad Şirin surətin; Ərz qılmış xəlqə məhbubin, əcəb biar imiş. Füzuli.
köhn. dan. Söylənilən, nəzərdə tutulan fikir, söz, mətləb. Ərzimi başa düşmədin. Ərzimə mültəfit ol. Ərzimə qulaq ver. □ Ərz etmək (eləmək) - bildirmək, anlatmaq, məlum etmək, ifadə etmək. Əhvalatı ərz etdi. - [Həsən bəy:] Xeyr, Məşədi Ibad, ərz eylədim ki, çirkindir. Ü.Hacıbəyov. Yazıq muzdur qolu boynunda sınıqçıdan qayıdıb birbaşa öz xozeyninin yanına gəldi və başına gələn qəziyyəni ərz etdi. S.M.Qənizadə. [Məşədi Qədir:] Bəli, ərz eləyirəm, yatmışıq, heç şeydən xəbərimiz yoxdur. T.Ş.Simurq. Ərz olsun... - məlum edirəm ki, nəzərinizə çatdırıram ki... (hörmətlə müraciət). Ərz olsun, məlaikələrpadşahının qızı bir birə olub, Qəmərin qoynuna girdi, onu sancdı. (Nağıl). Ərz olunmaq - deyilmək, anladılmaq, məlum edilmək, ifadə olunmaq.
Acizanə şikayət, xahiş, rica. Ərzim var. Ərzimə qulaq as. - Mixək əkdim mərzə mən; Bağlamadım dərzə mən; Bivəfa yar əlindən; Kimə gedim ərzə mən? (Bayatı). Bizdən həqqə ərzlər yetirdin; Həqdən bizə müjdələr gətirdin. Füzuli. [Dilmanc:] ..Qoy ərzin qalsın sonraya və bu saat get, oğlun Süleymanı gətir nəçərnikin qulluğuna. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....